Maraqlı geyimi və qeyri-adi rəqs tərzi ilə seçilən məhşur pop ulduz Ledi Qaqa müğənnilik fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi məlumata görə, məşhur ulduz dünya turunu yarıda buraxıb ayağından əməliyyat olunmaq üçün xəstəxanaya yatıb.
O, mətbuata verdiyi açıqlamada, müğənniliklə məşğul olmaq istəmədiyini, başqa sahələrdə işləmək istədiyini söyləyib.