Dünən axşam saatlarında Lənkəranda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, Kərgəlan kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Heydər oğlu Quliyev yaşadığı evin həyətində yarımçıq tikilidə özünü kəndirlə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Yaxınları onun sakit təbiətli, dinpərəst olduğunu bildirirlər. Faktla bağlı Rayon Prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.