18:19 Bazar Günü, 21 Oktyabr 2018
SAĞLAMLIQ

Lənkəranda doğuş zamanı əkiz körpələr öldü

12:27, 09.01.2018795
Lənkəranda doğuş zamanı əkiz körpələr öldü
Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin yeddi aylıq dünyaya gətiririlməsinə qərar veriblər. 

Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib.

Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

XƏBƏR LENTİ