Lənkəranda it 2 yaşlı uşağın üzünü qopardı

SOSİAL
10:50 09.07.2019
4980
Lənkəran şəhərində it uşağa hücum edib və üzünü yaralayıb.
 
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 2017-ci il təvəllüdlü Nərmin Emin qızı Hüseynova valideyni ilə küçədə gəzərkən sahibsiz itin hücumuna məruz qalıb.

Dəri defektli sol gözaltı nahiyənin və burnun sağ payının əzilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən uşağın hazırda vəziyyəti normaldır.

OXŞAR XƏBƏRLƏR