Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürdü

Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürdü
SOSİAL
23:08 12.10.2021
276
Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Şilavar kəndində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair - mərhum Əli Nasirin kiçik qardaşı idi.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR