Leyen bu tarixdə Ermənistanda olacaq və Paşinyanla görüşəcək

Leyen bu tarixdə Ermənistanda olacaq və Paşinyanla görüşəcək
DÜNYA
05:22 30.06.2026
285
 Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, səfərin iyulun 2-də baş tutacağı gözlənilir.

Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tərəflərin ikitərəfli münasibətlər, regional məsələlər və əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi bildirilir.

Erməni KİV-lərinin məlumatına görə, danışıqlardan sonra Ursula fon der Leyen və Nikol Paşinyan birgə bəyanatlarla çıxış edəcək, həmçinin media nümayəndələrinin suallarını cavablandıracaqlar.
OXŞAR XƏBƏRLƏR