“Heç vaxt yalqız deyilsən”.
Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.
AZXEBER.COM “Heç vaxt yalqız deyilsən” adlı şeiri oxucuların ixtiyarına verir.
Gecələr Günəş səndənüz çevirib gedəndə.Ay da sənə naz satıbbuludlarla bağlayıbüzünü gizləyəndə...Köksündəcə qəlbinəyol tapmağa çalışanbir kədər duyacaqsan...Yalqız olmadığınaonda inanacaqsan...
Ad gününü dostlarınunudub, anmayanda.Gözündən düşmənlərinnifrət, ədavət və kinsilinəndə, yox olanda.Nəyə gərək ucadan,gur səslə şeir demək? –Onsuz da qəlbdən-qəlbəyollar uzanır, mələk...
Olanları, keçmişitufanlar, dəli ruzgarsovurub aparanda...Ən kiçik anları dayaddaşdan sıyıranda...Qar əriyib, vüsalabənzəyən göz yaşıylayazla vidalaşanda...Sən bundan təsəlli tap,təsəlliyçün nə dağa,nə də ki, daşa düşmə...
Tutaq ki, tək-tənhasan,bu kiçik planetdə -döngələr arasında,yolların tıxacında...Lap bu fani dünyadatək olsan da, lap tənha...Heç nədən hürküb qorxma.Çünki başının üstdə,Allahın var o boyda!..