20:41 çərşənbə, 16 Oktyabr 2019
SAĞLAMLIQ

Limon pəhrizi: çəkinizi azaldın və toksinlərdən azad olun

23:33, 10.04.20199922
Limon pəhrizi: çəkinizi azaldın və toksinlərdən azad olun
Limon pəhrizi çəkini azaldır, orqanizmi təmizləyir. 

Orqanizmin pH səviyyəsini təbii yolla normada saxlamaq üçün bədənin turşuluğunu azaltmaq tələb olunur. 
 
Limonun tərkibində 10% karbohidrat, 88-89% su, 1-2% zülal və yağ, vitaminlər və minerallar var. 

Bir limon gündəlik vitamin normasının 59%-ni təmin edir. Bu isə immunitetin artması, orqanizmin normal funksiyası və dərinin sağlamlığı üçün çox əhəmiyyətlidir.  

1. Ürək-damar xəstəliklərind'n qoruyur   

Limon xolesterin səviyyəsini azaldaraq, insult riskini aşağı salır. Limon yağı pis xolesterini oksidləşmədən qoruyaraq ürək xəstəliklərin inkişafının qarşısını alır.  

2. Böyrəklərdə daş yaranmasının qarşısını alır 

Limonun tərkibində çox miqdarda limon turşusu var. Bu maddə diurez, yəni böyrəklərdə daş əmələgəlmə prosesinin qarşısını alır. Limon turşusu, həmçinin, öd kisəsində də daş yaranmasının qarşısını alır. 

3. Anemiyanın aradan qaldırır   

Limonun tərkibində dəmirin miqdarı azdır. Amma C vitamininin bol olması, onun digər qidaların tərkibində olan dəmiri bədənə sovurmasını təmin edir.
  
5. İmmuniteti möhkəmləndirir 
 
Antioksidantlar və vitaminlər tək immunitet sistemini möhkəmləndirmir, həm də bir sıra ciddi xəstəliklərin qarşısını alır. 

6. Qaraciyəri təmizləyir 

Limon qaraciyərdən toksinləri təmizləyir. Beləliklə də qaraciyərin zədələnməsinin qarşısını alır. 

Limon pəhrizi 

1-ci gün 
 
Səhər ac mədəyə 1-1,5 ədəd limon şirəsi sıxılmış isti su için. Eyni proseduru hər yeməkdən yarım saat əvvəl edin. Gün boyunca yalnız faydalı qidalarla qidalanın. 
 
2-ci gün 

Birinci gün olduğu kimi yeməkdən 30 dəqiqə əvvəl limonlu su qəbul edin. 
Gün ərzində 2-3 litr mineral su için. Suya limon şirəsi də əlavə edə bilərsiniz. 

3-cü gün 

Bu dəfə limonlu suyu yeməkdən əvvəl deyil, yemək zamanı qəbul etmək tələb olunur. Daha sonra isə gün boyunca limonlu için.
 
4-cü və 5-ci gün 

3-cü gündə olduğu kimi davam edin.  

6-cı gün 

Gün ərzində yalnız 2 stəkan limonlu su için. 1 stəkan səhər acqarına, 1 stəkan isə gün ərzində. Gün ərzində istədiyiniz qədər adi su qəbul edin. 

7-ci gün 

Hər səhər isti limonlu su için. Bu həm immun sistemini gücləndirəcək, həm də çəkinizi azaldacaq. Gün boyunca istənilən miqdarda təmiz su içə bilərsiniz.
 
///medicina.az
XƏBƏR LENTİ