E.Qustasın rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
Aprelin 3-5-də Litvanın iqtisadiyyat naziri Evaldes Qustas Bakıya səfər edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Litva səfirliyindən məlumat veriblər.
E.Qustas “Turizm və səyahət” adlı beynəlxalq sərgidə iştirak edəcək.
Litvalı nazirin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.