“Liv Bona Dea” da Nigar Köçərlini məhkəməyə verdi – Qalmaqal böyüyür

“Liv Bona Dea” da Nigar Köçərlini məhkəməyə verdi – Qalmaqal böyüyür
SOSİAL
17:12 04.02.2026
278

Xəbər verdiyimiz kimi, "Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtda yerləşən "Liv Bona Dea” xəstəxanasını məhkəməyə verəcək.

O, bu barədə sosial media hesabında məlumat yayıb. Bildirib ki, məhkəmədə onun hüquqlarını vəkil Zibeydə Zəkəriyyəyeva müdafiə edəcək.

Məsələ ilə bağlı "Liv Bona Dea” xəstəxanasından Musavat.com-un sorğusuna cavab verilib:

"Son dövrlərdə "Liv Bona Dea” Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi "Instagram” hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilib və hazırda da bu paylaşımlar davam etdirilməkdədir.

Qeyd edilən hallarla bağlı olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən 31.01.2026 tarixində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb.

Bildirmək istərdik ki, Nigar Köçərli "Liv Bona Dea Hospital” barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb.

Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib.

"Liv Bona Dea Hospital” olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir.

Yekun məhkəmə qərarı əldə edildikdən sonra nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcək”.

OXŞAR XƏBƏRLƏR