Livan sərhədində gərginlik: İsrail yenidən hücum etdi

DÜNYA
13:38 12.08.2024
133
İsrail döyüş təyyarələri Livan sərhədində yerləşən Kefr Kila qəsəbəsinə hava zərbələri endirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 3 nəfər yaralanıb.
 
Hizbullah gecə saatlarında həyata keçirdiyi hücumlarla bağlı verdiyi açıqlamada, İsrail ordusuna aid 146-cı Briqadanın Qalileyanın şimalındakı Qatun kazarmasında Katyuşa raketləri ilə tam zərbə ilə vurulduğunu bildirib.

İsrail ordusu 30 "Katyuşa" raketinin İsrailin şimalındakı Kabri bölgəsinə doğru atıldığını və heç bir itki olmadığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR