Livanda 19 nəfər kanatda qaldı: Saatlar sonra xilas edildilər

Livanda 19 nəfər kanatda qaldı: Saatlar sonra xilas edildilər
DÜNYA
11:47 29.12.2023
131
Livanda kanat vaqonun nasazlığı səbəbindən 19 nəfər havada qalıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə Departamentinin sosial media hesabında məlumat verilib. 

Livanın Cunye şəhərində 19 nəfər nasazlıq səbəbindən metr hündürlüyündəki kanatda sıxışıb qalıb. Saatlarla davam edən əməliyyatdan sonra 19 nəfər sıxışdıqları yerdən xilas edilib.

Kanatda olan insanlar kəndirlərə bağlanaraq 70 metrə qədər hündürlükdən yerə endirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR