06:16 Bazar Günü, 08 Dekabr 2019
KÖŞƏ

Liviyadakı hərbi əməliyyat – reallıqlar və məqsədlər

21:29, 22.03.20112011
Liviyadakı hərbi əməliyyat – reallıqlar və məqsədlər

 

Mart ayının 19 – u Bakı vaxtı ilə 20:45 də ABŞ,Böyük Britaniya və Fransa başda olmaqla koalisyon qüvvələr Liviyada müxalif qüvvələrə qarşı silahlı mübarizənin qarşısının alınması “məqsədi” ilə “Odyssey Dawn” (Odisseyin başlanğıcı) adlı hərbi əməliyyata başladı. Hərbi əməliyyatlar havadan zərbələr endirməklə həyata keçirilməkdədir,lakin istisna deyildir ki,lazım gəldikdə NATO qüvvələri qurudan da Qəddafi qüvvələrinə qarşı əməliyyatlara başlaya bilər. İlkin məlumatlara görə Liviyanın hava məkanı koalisiya qüvvələrinin nəzarəti altındadır və hələ ki, 4 günlük əməliyyatların nəticəsi olaraq Liviya ordusunun Havadan Hücüm Əleyhinə Müdafiə Sistemləri (HHƏMS) sıradan cıxardılıb, mühim hərbi obyektlər isə bombalanıb. Bununla yanaşı bu əməliyyatların nəticəsi olaraq 63 dinc vətəndaş həyatını itirib.

Hadisələr qlobal hərbi ssenari ilə müşayiət olunması BMT Təhlükəsizlik Şurasının ( TŞ ) 1973 saylı qətnaməsinin qəbul olunmasından sonra reallaşamağa başladı. Qəbul olunmuş qətnamədə “Liviya üzərində uçuşuz hava məkanın (no-fly zone) yaradılmasını və dinc əhalinin müdafiəsi üçün istənilən hər cür tədbirlərin görülməsini” nəzərdə tuturdu. Məhz, bu qətnamənin qəbul olunmasından sonra Qəddafi müxalif qüvvələrlə dialoqa hazır olduğunu bildirdi. Lakin, artıq gec idi. Paris toplantısının yekunu olaraq hərbi əməliyyatlara başlanılması barədə qərar verilmişdi.

Lakin hərbi əməliyyatların humanitar məqsədlə müdaxiləsi (dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi) kimi dəyərləndirmək sadəlöhvlük olardı. ABŞ və bir sıra aparıcı Qərb dövlətləri xarici siyasət prioritetləri sırasında təhlükəsizlik, enerji və ən əsas məsələ kimi hesab etdikləri demokratiya göstərirlər və bu prioritetlərin təmin olunması üçün ən radikal tədbirlərə əl atmağı da, unutmurlar. Lakin, ən son amil kimi qeyd olunan demokratiya məhz ilk ikilikdə yer alan məqsədlərin həyata keçirilməsi üçün açar və vasitə rolunu oynayır. Məsələyə daha da, aydınlıq gətirək.

Təhlükəsizlik və Enerji

Liviya məsələsində birinci prioritetin aktuallığı elə inqilab başlanılan andan ortadadır. Belə ki, Liviyaya qədər Tunis və Misirdə də, inqilabi partlayış baş vermişdir. Lakin bu ölkələrin heç birində açıq şəkildə xarici müdaxilə olmayıb.Aparıcı dövlətlər rəsmi bəyanatlar şəkilində hakimiyyətin xalqa təhvil verilməsini tələb etmişlər.Diqqət olunası məqam Liviyadakı hadisələrin digərlərindən fərqinin olması və Qərbin maraqlarıdır.

Liviyadakı hadislər Tunis və Misir inqilabından nə ilə fərqlənirdi? Əsas fərq ondan ibarətdir ki,burada tərəflər arasında silahlı toqquşmaların olmasıdır. Eyni zamanda nəzərə alsaq ki, Liviya Tunis və Misirdən fərqli olaraq zəngin neft və qaz ehtiyyatlarına malikdir, onda tam fərqli bir situasiyanın yarandığını görə bilərik.

Əslində ABŞ başda olmaqla Qərbi narahat edən iki məsələ var. Birinci – İnqilabçı qüvvələrin silahlı olması və kimlərdən təşkil olunduğunun qeyri-müəyyənliyidir. Nə qədər qəribə səslənsə də bu belədir. Fərz edək ki,silahlı inqilabçılar Qəddafi rejimi devirir və ölkədə həmin bu qüvvələrin başçılığı ilə hakimiyyət qurulur. Hadisələrin bu cür gedişatı isə heç də Qərbə sərf edən bir situasiyanın yaranacağını vəd etmirdi. Çünki, inqilabçılar arasında vahid komandanlığın olmaması və silahlı müxaliflərin rejimi devirdikdən sonra bir-biriləri ilə mübarizə aparacaqları istisna olunmur, bu isə xaos və anarxiyanın uzun müddət hökm sürəcəyindən xəbər verirdi. Doğrudur, NATO qüvvələrinin Liviyaya müdaxiləsinə bir neçə gün qalmış inqilabçılar geri çəkilərək öz mövqelərini təhvil verirdilər. Lakin, inqilabçılar hələ də güclü idilər və onların orduya qarşı əks hücum planı real görünürdü. Digər tərəfdən isə, əgər burada inqilabçılar bir çoxlarının fərz etdiyi kimi Qərbin dəstəyi ilə hərəkət edib mübarizəni davam etdirsəydilər onda Qərb onları ən sadə üsulla, yəni gizli şəkildə silahlandırmaqla mübarizə meydanına atardı. Hazırkı vəziyyət isə fərqlidir.

İkinci məsələ isə əslində humanitar müdaxilənin pərdə arxası əsas faktordur. Bu amil hərbi müdaxilənin demək olar ki, əsas məqsədlərini ortaya qoyur. Bu  neft amilidir. Liviyadakı qeyri-sabit vəzyyət qara qızılın qiymətinin günü-gündən artmasına və Avropanın enerji sahəsində stabilliyinin pozulmasına gətirib çıxarmışdı.Nəzərə almaq lazımdır ki,hal-hazırda dünya bazarlarında neftin qiyməti rekord həddədir.Liviyada baş verən inqilab isə bunun əsas səbəbidir.Eyni zamanda adıçəkilən ölkə Avropanın əsas enerji təmin edicilərindəndir.Deməli enerji resurslarının sabit,vaxtında daşınması və çatdırılması BMT TŞ – da qəbul olunmuş qətnamədə lehinə səs vermiş ölkələr üçün daha çox lazımdır.Qeyd üçün bildirim ki,səsvermədə iştirak edən 15 ölkədən 10 – u bu qətnamənin leyhinə səs vermişdir.Səsvermədə öz səsvermə hüququndan istifadə etməyən ölkəlrər sırasında isə Rusiya,Almaniya,Çin,Hindistan və Braziliya yer almışlar.

Liviyaya müdaxiləsinin Yuqoslaviyadan fərqi

1999 – cu ilin 24 mart tarixində NATO təyyarələri Yuqoslaviya ərazilərini səmadan bombalamağa başladı.Nəticədə isə serblər Kosovadan sıxışdırlaraq çıxarıldı və burada dominant millət kimi albanlar yer aldılar. Milli zəmində baş verən toqquşmalar sona çatdı və ən nəhayət dünya xəritəsində Kosova adlı bir dövlət yarandı. Oxşar məqamlar təyyarlərlə aviazərbələrin endirilməsi və NATO qüvvələrinin iştirakıdır. Lakin, tam şəkildə oxşar ssenarinin təkrarlanacağı real görünmür. Ehtimal olunan gedişat ondan ibarətdir ki, Liviyada Qəddafi rejimi devriləcək,Qərb isə burada tez bir zamanda sabitliyin yaranmasına çalışacaq və öz maraqlarına cavab verən bir hökümətin qurulmasını təmin edəcək. Doğrudur,  ABŞ – ın Afirkadakı baş komandanı general Karter Hem rəsmi şəkildə Qəddafinin devrilməsinin məqsəd olmadığını və yalnız mülki əhalini müdafiə məqsədi ilə əməliyyatlara start verildiyini bildirmişdi. Lakin,müdaxilənin elə ilk günlərindən Qəddafinin iqamətgahının bombalanması bu bəyanatın “reallığını” hansı səviyyədə əks etdirdiyini ortaya qoyur .

XƏBƏR LENTİ