Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI
SOSİAL
10:08 25.02.2021
294
Müşayiət olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq ötən gündən bu saata qədər respublika ərazisində 12 yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev məlumat verib. 

O bildirib ki, qeydə alınan avtomobil qəzalarında bir nəfər ölüb:

"Ötən gündən bu günə qədər ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb”.

OXŞAR XƏBƏRLƏR