Ölkədən çıxışına qadağa qoyulanlara mesaj gələcək

SOSİAL
14:02 14.04.2016
1767
Nazirlik təqdimat keçirdi.
Ədliyyə Nazirliyində qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti ilə bağlı təqdimat keçirilib.
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti təşkil olunub.
Yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb.
Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatı vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcəkdir.
Ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək.
Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək.
Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.

OXŞAR XƏBƏRLƏR