01:48 Bazar Günü, 18 Noyabr 2018
TOP4

"LUKOİL" vitse-prezidentinin oğlu tələbə qızı zorlamaqda ittiham edilir - FOTOLAR

15:49, 06.11.20183402
Məşhur biznesmenin 22 yaşlı oğlu tələbə qızı zorlamaqda ittiham olunur. 

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva universitetlərinin birində təhsil alan tələbə "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsurovu onu zorlamaqda ittiham edir. İnsident paytaxtın Qələbə meydanının yaxınlığındakı evlərin birində olub. Zərərçəkən baş verənlərdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və ərizə yazıb. 

Ruslanı bu işlə bağlı artıq sorğu-sual ediblər. Şamsuvarov ittihamları rədd edib və intim münasibətin hər ikisinin razılığı ilə baş verdiyini deyib. Bundan əlavə, Ruslan qeyd edib ki, qız ona eskortluq fəaliyyəti ilə məşğul olması və maddi vəziyyətinin o qədər də yaxşı olmaması haqda danışmışdı. Qıza pul verməkdən imtina etdiyi üçün isə o, Ruslandan polisə şikayət edib. Sözügedən iş üzrə araşdırmalar davam edir.
 
///Baku.ws
 

 

 


XƏBƏR LENTİ