Bu gün AVRO-2012-də B qrupunda mübarizəyə start veriləcək. AZXEBER.COM-un məlumatına görə, “Ölüm qrupu” adlandırılan bu qrupa güclü komandalar yer aldığından maraq daha böyükdür. Təsadüfi deyil ki, Almaniya, Hollandiya və Portuqaliya yığmaları nəinki bu qrupun liderləri, ümumiyyətlə, turnirin qalibi olmağa əsas namizədlər sayılır. İlk turda Almaniya ilə Portuqaliyanın qarşıdurması böyük maraqla gözlənilir. Bu qrupun autsayderi sayılan Danimarka isə günün ilk matçında Hollandiyadan xal almaqla, 1/4 finala çıxmaq iddiasını ortaya qoya bilər. 9 iyunAVRO-2012Final mərhələsi I turB qrupu21:00. HOLLANDİYA - DANİMARKA Baş hakim: Damir Skomina (Sloveniya) Xarkov. “Metallist” stadionu23:45. ALMANİYA – PORTUQALİYA Baş hakim: Stefan Lannua (Fransa)