Ukrayna hərbçiləri Luqansk səmasında Rusiya SQ-nə məxsus "Mi-24” helikopterini vurub.
AZXEBER.COM-un APA-ya istinadla xəbərinə görə, bu barədə Ukraynanın desant qoşunları məlumat yayıb.
Məlumatda deyilir ki, Luqansk səmasında 4 helikopterdən ibarən qrup aşkar edilib. Helikopterlərdən biri "Stinger” raketi ilə vurulub.