Luvr muzeyindən edilən oğurluğun yeni VİDEOSU

Luvr muzeyindən edilən oğurluğun yeni VİDEOSU
DÜNYA
14:00 23.10.2025
75
Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyində bazar günü baş vermiş 88 milyon avroluq zərərə səbəb olan zərgərlik soyğununa dair yeni görüntülər yayılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sosial mediada yayılan kadrlarda üzərində muzey işçilərinə məxsus geyim olan bir şəxsin qiymətli əşyaların və zinət əşyalarının saxlandığı vitrinin yaxınlığında olduğu görünür.

Muzeyin təhlükəsizlik kameralarından əldə edilən digər görüntülərdə isə üzlərini maska ilə gizlətmiş iki soyğunçunun yük liftindən enərək motosikletlə hadisə yerindən uzaqlaşdığı əks olunur.

Paris Prokurorluğu hadisə ilə bağlı istintaqın davam etdiyini və çalınan 9 ədəd zinət əşyasının hələ tapılmadığını açıqlayıb.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR