Ülvi Kazım: “Azərbaycanı və Türkiyəni sevməyən qüvvələrin niyyətləri fiaskoya uğrayıb”

MARAQLI
09:41 27.10.2011
2183

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ictimai sektorun, xüsusilə də gənclər təşkilatlarının gələcəyi üçün önəm daşıyır.

Bu sözləri AzXeber.com-a açıqlamasında Milli QHT Forumunun icraçı direktoru, “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazım deyib.

“Mən bu münasibətlə bütün Azərbaycan ictimaiyyətini, xüsusilə də gənclərimizi təbrik etmək istərdim. Azərbaycanın bu diplomatik qələbəsi özünü bütün sahələrdə göstərəcək və xalqımızın haqq səsinin dünya səviyyəsində eşidilməsinə rəvac verəcək”,- deyə Ü.Kazım vurğulayıb.

Ü.Kazım qeyd edib ki, bu hadisəylə yanaşı, Azərbaycan və Türkiyə arasında ötən gün 14 sazişin bağlanması da əlamətdar olub.

Milli QHT Forumunun rəsmisi hesab edir ki,son günlər baş verən proseslər nəticəsində Azərbaycanı və Türkiyəni sevməyən qüvvələrin niyyətləri fiaskoya uğrayıb:

“Sevindirici haldır ki, Azərbaycan və Türkiyə münasibətləri yenidən yüksəliş dövrünə qədəm qoyub. Qardaş ölkədə baş verən zəlzələdə Azərbaycanın ilk yardım göstərən ölkə olması, ardınca da qeyd etdiyim sənədlərin imzalanması beynəlxalq arenada ortaq mövqeyimizin möhkəmlənməsinə təkan verəcək.”

OXŞAR XƏBƏRLƏR