Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq

Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
İQTİSADİYYAT
15:58 17.09.2025
940
Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.

AZXEBER.COM xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.

Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:

"Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.

Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı  proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.

Ekspert bildirib ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaların 2%-i icbari tibbi sığorta, 0.5%-i işsizlik sığortası, 10%-i isə pensiya fonduna (bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına) yönəldilir.

Ancaq güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”.

İqtisadçının sözlərinə görə, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanlar da eyni vergi yükünə tabe olacaqlar:

"Məsələn, məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirsə, artıq özəl sektorda çalışan əməkdaşlar da bu vergini ödəməli olacaqlar. 7 illik güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü təqribən 7-8% azalmışdı. İndi isə bu yüklər əvvəlki vəziyyətdə bərpa olunacaq.

Pensiya fonduna ödənilən 10%-lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025