22:17 Bazar Ertəsi, 09 Dekabr 2019
Manşet

Maaşlarla bağlı YENİ QƏRAR

11:22, 29.06.20198389
Maaşlarla bağlı YENİ QƏRAR
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi",

eləcə də, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" qərarlara dəyişiklik edib.
 
AZXEBER.COM xəbər verir ki, dəyişiklik "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Aprezidentin 2019-cu il 8 fevral tarixli sərəncamını icra etmək məqsədi ilə olunub.

Dəyişikliyə görə, həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləği" və yenə də həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləği" yeni redaksiyada təsdiq edilib.
 
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. 
XƏBƏR LENTİ