16:56 Bazar Ertəsi, 20 Avqust 2018
KRİMİNAL

Mağazadan oğurluq edən şəxslər tutulub

21:20, 08.02.2018701
Mağazadan oğurluq edən şəxslər tutulub

Sabirabadda oğurluq hadisəsi baş verib.

Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan  verilən məlumata görə, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov  Sabirabad RPŞ Qaragüney PB-nə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar həmin ünvana gələn Qaragüney PB-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, mağazadan 1000 manat dəyərində telefon danışıq kartları və 580 manat dəmir pul oğurlanıb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Xətai rayonu ərazisində olmaları müəyyən edilib. Xətai RPİ 35-ci və Sabirabad  RPŞ Qaragüney Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad  rayon sakini Əlisa Nərimanov, Tovuz rayon sakini Pirqulu Hüseynov və Biləsuvar rayon sakini Nüslət Həsənəliyev saxlanılıblar.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları telefon danışıq kartlarının müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
XƏBƏR LENTİ