Mağazanın damını söküb oğurluğa girdilər

Mağazanın damını söküb oğurluğa girdilər
KRİMİNAL
10:17 25.06.2022
700
Ağdaş şəhəri ərazisində yerləşən anbarların birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən icarə əsasında işlətdiyi həmin obyektdən ümumi dəyəri 4700 manat olan spirtli içkilərin oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş şəhər sakinləri, əvvəllər də bir neçə dəfə məhkum olunmuş dostlar-Səbuhi Nəbiyev və Təbriz Hüseynov saxlanılıblar. Onlar əməllərini etiraf ediblər və oğurladıqları spirtli içkiləri satdıqlarını bildiriblər. Qalanları isə onlardan maddi sübut kimi götürülüb.
 
Şəhər ərazisində digər bir oğurluq isə mağazadan edilib. Obyektin qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zaman ərzində cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

R.Muradlı saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində onun bu cəhdinin qarşısı alınıb və tutularaq istintaqa təhvil verilib. Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır