Macarıstanın xarici işlər naziri Peter Szijjarto açıqlamasında Brüssel Ukraynada cəbhə xəttində vəziyyətin pisləşməsinə yeni dünya müharibəsinə hazırlaşmaqla cavab verir deyə bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna və Yaxın Şərq gündəmi ilə bir araya gələn AB Xarici İşlər və Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Lüksemburqa gələn Peter Szijjarto ABŞ, NATO və Avropa İttifaqının bir yarışda olduğunu ifadə edib.
Peter Szijjarto açıqlamasında deyib:
"Brüsseldə yeni dünya müharibəsi hazırlıqları intensivləşir. ABŞ, NATO və Aİ sülhü möhkəmləndirmək və diplomatik həll yolu tapmaq əvəzinə Ukraynanı silahlandırmaq yarışındadır. Dünya müharibəsinə hazırlıq dayandırılmalıdır”.
Bir çox Avropa və Şimali Atlantika liderlərinin müharibə zehniyyətində olduğunu və özlərini Rusiyaya qarşı gördüklərini ifadə edən Szijjarto Macarıstan hökumətinin özünü Ukrayna ilə münaqişənin tərəfi kimi görmədiyini söyləyib
Nəzrin