Macarıstanda xalq yazıçısı Anarın "Seçilmiş əsərləri" nəşr olunub - FOTOLAR

Macarıstanda xalq yazıçısı Anarın "Seçilmiş əsərləri" nəşr olunub -  FOTOLAR
MƏDƏNİYYƏT
14:18 02.09.2015
2303

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Heydər Əliyev mükafatı laureatı Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında nəfis şəkildə çap olunub.

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir Azərbaycan və dünya oxucusunun maraq və diqqətini çəkən əsərləri daxil edilib. Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər. Ümumi redaktorluq işini isə tanınmış macar azərbaycanşünası, BudapeştinELTEuniversitetinin müəllimi Mariya Keneşi yerinə yetirib.

Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına öz söz yazıb. "Əbədi dəyərlər sorağında" adlı bu öz sözdə Anarın yaradıcılığı timsalında ədəbiyyatın xalqın və cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs olunur. Azərbaycanın Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət Quliyevin "Otuz il sonra, yaxud "köhnə" Anarla yeni görüş" adlı son sözündə isə ilk əsərləri macar dilinə hələ 30-35 il əvvəl çevrilən yazıçının aradan keçən illər ərzindəki yaradıcılıq yolundan, zəngin ictimai fəaliyyətindən, türk xalqlarının mədəniyyətinə verdiyi böyük töhfədən danışılır, onun əsərlərini macarlar üçün də yaxın, anlaşıqlı edən cəhətlərə toxunulur. Macar mətbuatının vaxtı ilə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli, habelə Anar haqqında çap etdiyi materiallar əsasında hazırlanan "Anarın portreti cizgiləri" icmalı isə məşhur sənətkar ailəsini müasir macar oxucularına daha yaxşı tanıtmağa xidmət edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'