"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.
AZXEBER.COM xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.
Hava limanından bacısı Ayşə Emreli ilə foto paylaşan Emreli postda "family coming first" ("ailə birinci gəlir") yazıb.
Varşava klubunda azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan və son iki çempionat matçını buraxan 24 yaşlı futbolçu Bakıya döndüyünü hava limanındakı şəklini paylaşaraq bildirib.