Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu da "Legiya"nı tərk edir

Mahir Emreli ilə birlikdə döyülmüş futbolçu da "Legiya"nı tərk edir
İDMAN
10:04 31.01.2022
309
Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalan Lukinyas klubdan ayrıla bilər.

ABŞ-ın MLS liqasında mübarizə aparan "Nyu-York Red Bulls" 26 yaşlı hücumçu ilə maraqlanır.

Klub braziliyalı oyunçu üçün 3 milyon avrodan çox ödəniş etmək istəyir. Varşava təmsilçisinin prezidenti Dariuş Mioduski hələlik razılıq verməyib, lakin transferin reallaşma ehtimalı yüksəkdir.

"Nyu-York Red Bulls" "Legiya" prezidentini razı salmaq üçün daha yüksək təkliflər göndərir. Lukinyasınn da özünü MLS-də sınamaq istədiyi bildirilib.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" oyundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və qış təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas Anıl Dinçerlə əlaqəyə keçən hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Lukinyas isə hazırlıq prosesinə qatılıb və ona kapitan sarğısı verilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR