Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi

Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi
İDMAN
10:31 04.11.2021
331
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda oktyabrın ən zəif oyunçusu seçilib.

24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə -5 xala layiq görülüb.

Azərbaycanlı forvardın bu ay qol vura bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.

Qeyd edək ki, "Legiya" oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında "Svit Skolvin"i minimal hesabla yenib - 1:0.

Bizim Facebook səhifəmizə abunə olun.
 
///report
OXŞAR XƏBƏRLƏR