Mahir Emreli “Legiya”dan ayrılır: Klub rəhbərliyinə müraciət etdi

Mahir Emreli “Legiya”dan ayrılır: Klub rəhbərliyinə müraciət etdi
İDMAN
17:31 04.01.2022
507
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya”dan ayrılmaq barədə qəti qərara gəlib. O, bu barədə artıq Polşa klubunun rəhbərliyinə məlumat verib.

Məlumata görə, o, yanvarın 6-da komanda ilə birlikdə Dubaya təlim-məşq toplantısına getməyəcək.

Emreli klubla müqavilənin ləğvi üçün ABŞ-dan vəkil tutub.

Weszlo.com saytının məlumatına görə, o, müqavilənin ləğvində klubu ittiham edib.

Futbolçu "Visla” ilə görüşdən sonra azarkeşlərin hücumundan psixoloji zərbə aldığını və bu hadisədən sonra karyerasını "Legiya”da davam edə bilməyəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR