Mahir Emreli Xorvatiyada azarkeşlərin hücumuna məruz qaldı - FOTOLAR

Mahir Emreli Xorvatiyada azarkeşlərin hücumuna məruz qaldı - FOTOLAR
İDMAN
11:57 13.03.2022
938

Ötən gecə futbol üzrə Xorvatiya çempionatının 27-ci turunda Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su paytaxt derbisində "Hayduk"un qonağı olub.

Oyun ərəfəsində qonaq komandanın avtobusu yerli azarkeşlər tərəfindən daşqalaq edilib.

Futbolçuları və zaqrebli fanatları daşıyan avtobuslar Splitin girişində butulka, daş və alışqan atəşinə tutulub. Nəticədə "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi sınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
///Offsideplus.az
 

 

 

 


OXŞAR XƏBƏRLƏR