Mahir Emrelinin evindən 60 min manat oğurlandı

Mahir Emrelinin evindən 60 min manat oğurlandı
İDMAN
15:06 11.09.2019
7262
Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR