Ukraynaya qoşun göndərmək anonsu verərək gündəm yaradan Fransa prezidenti Makron geri addım atıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Makron yeni bəyanatında Fransanın Ukraynaya hərbi personal göndərməyi düşünmədiyini bildirib.
Makron Çexiya mətbuatına müsahibəsində bildirib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür.
Makronun bu addımı atmasına səbəb NATO-nun Ukraynaya qoşun yeridəcəyi təqdirdə dünyanı nüvə müharibəsi ilə hədələyən Rusiya prezidenti Vladimir Putinin açıqlamaları olub.
Rusiya lideri Putin Rusiya parlamentindəki illik çıxışında bildirib ki, Rusiya indi düşmən ərazisindəki hədəfləri vura biləcək silahlara malikdir və Rusiyanı işğal etməyə cəhd edən hər kəs İkinci Dünya Müharibəsindən daha ağır nəticələrlə üzləşəcək.
Qeyd edək ki, Putinin "NATO ölkələri Ukraynaya qoşun yeridərsə, mən nüvə silahından istifadə edəcəm” bəyanatından 24 saat keçməmiş Rusiya nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik "Yars” raketini sınaqdan keçirib.
Gülay