Makron Pavel Durovun həbsinə münasibət bildirib

Makron Pavel Durovun həbsinə münasibət bildirib
MAQAZİN
10:34 27.08.2024
230
Fransa prezidenti Emmanuel Makron avqustun 24-də Parisdə saxlanılan "Telegram"ın qurucusu Pavel Durovun həbsinə ilk dəfə münasibət bildirib.

AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, o, bu həbsin siyasi məsələlərlə əlaqəli olmadığını vurğulayıb.
 
Makron X sosial şəbəkəsində "Bu heç bir şəkildə siyasi qərar deyil.  Bu məsələdə çoxlu yalan məlumatlar var" deyə qeyd edib.
 
Makron 2021-ci ildən Fransa vətəndaşı olan Durovun həbsinin davam edən məhkəmə istintaqı çərçivəsində baş verdiyini bildirib və əlavə edib ki, Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyaya və sahibkarlığa bağlı ölkədir. 
 
Bu ittihamlara əsasən Pavel Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər.
 
Telegram rəsmi açıqlamasında bu ittihamları absurd adlandıraraq rədd edib.
 
Aysel


OXŞAR XƏBƏRLƏR