Fransada ifrat sağçı Milli Mitinq (MN) Partiyasının sədr müavini Marin Le Pen prezident Emmanuel Makronu ölkədəki siyasi böhrandan çıxmaq üçün referendum keçirməyə çağırıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, məbuata açıqlama verən Le Pen son vaxtlar ölkədə baş verən siyası çaxnaşmalara qanunvericilikdəki boşluqların səbəb olduğunu deyib.
Keçmiş prezidentliyə namizəd bildirib ki, ölkədəki siyası təzyiqlərin əsas səbəbi parlamentdə heç bir partiya və ittifaqın mütləq çoxluğa malik olmamağı və parlament masasını 3 əsas ittifaqın formalaşdırmağıdır.
Le Pen problemin birdəfəlik həlli üçün Makronu referendum etməyə çağırıb.
"Makron növbədən kənar seçkilər təyin etməklə ölkəni böyük bir xaosa təşviq edib. Lakin hələ də demokratiyanı yaşatmaq üçün çıxış yolu var. Xalqa birbaşa qərar vermə səlahiyyəti tanıyan istənilən qanunu qeyd-şərtsiz dəstəkləməyə razıyam”, - deyə o bildirib.
Cəmalə