Malayziya, ABŞ-dƏ yerləşən "WhatsApp", "TikTok", "Facebook" və "YouTube" kimi genişmiqyaslı sosial media və mesajlaşma platformalarının 1 yanvar tarixindən etibarən ölkənin lisenziyalaşdırma çərçivəsində avtomatik olaraq qeydiyyata alınacağını açıqladı.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC) tərəfindən verilib.
Açıqlamada bildirilir ki, bu qərar Malayziyada 8 milyon və ya daha çox istifadəçisi olan platformaları ölkənin hüquqi və tənzimləyici nəzarəti altına almağı hədəfləyir və bu addım məsuliyyəti və yerli qanunlara uyğunluğu gücləndirəcək.
Yeni tənzimləmənin istifadəçi təhlükəsizliyi, xüsusən də uşaqları və ailələri zərərli məzmundan qorumaqla bağlı məsuliyyətləri aydınlaşdıracağı vurğulandı.
Gülay










































