Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

SOSİAL
11:38 12.04.2016
2343
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.
Apa xəbər verir ki, Fəxriyar Cabbarov Palatanın İdarə Heyətinə üzv olub. O, hüquq məsələlərə kuratorluq edəcək.
Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.
Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.

OXŞAR XƏBƏRLƏR