Maltada Türkiyə vətəndaşını öldürən şəxsə 40 il həbs cəzası verildi

Maltada Türkiyə vətəndaşını öldürən şəxsə 40 il həbs cəzası verildi
DÜNYA
14:41 05.03.2024
148
Maltada Türkiyə vətəndaşı Pelin Kayanın qatilinə 40 il həbs cəzası verilib.
    
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 18 yanvar 2023-cü ildə Pelin Kayanı qəsdən öldürməkdə təqsirli bilinən Fransa-Malta vətəndaşı 34 yaşlı Camillerin saxlanıldığı işin qərar iclası bu gün səhər Valletta Ədliyyəsində keçirilib. 
 
Məhkəmədə öldürülən qızın ailəsi də iştirak edib.
 
İttiham tərəfinin keçən ay müdafiə tərəfinin günahını boynuna alması və razılaşdığı üçün Camilleri üçün 37 il həbs cəzası tələb etdiyi halda hakim Herreranın ona verə biləcəyi maksimum cəza olan 40 il həbs cəzası verdiyi öyrənilib.

Xəbərdə o da bildirilib ki, iclasda hakim Camilleri ömürlük həbsə məhkum etmək istəyib. Həmçinin 5 min avro cərimələnən Camillerin 20 min avroluq məhkəmə xərclərini də qarşılayacağı qeyd edilib.
 
Malta polisi aqressiv davranış nümayiş etdirən Camilleri elektrik şok tapançasının köməyi ilə saxlayıb. Camilleri məhkəmədə "qəsdən adam öldürmə" maddəsi ilə həbs edilib.

Xatırladaq ki, Pelin Kayanın nəşi Maltadan gətirilərək 22 yanvar 2023-cü ildə İstanbulda torpağa tapşırılıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR