"Mançester Siti" futbolçusu ilə müqaviləni uzatdı

"Mançester Siti" futbolçusu ilə müqaviləni uzatdı
İDMAN
19:42 01.02.2022
313
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Juan Kanselu ilə yeni müqavilə imzalayıb.

AZXEBER.COM "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçinin sözləşmə müddəti 2027-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 2019-cu ildən İtaliya "Yuventus"undan transfer edilmiş 28 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 30 matça çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR