"Mançester Siti"nin futbolçusuna qoyulan diaqnoz məlum oldu

"Mançester Siti"nin futbolçusuna qoyulan diaqnoz məlum oldu
İDMAN
18:01 30.05.2021
644
İngiltərənin "Mançester Siti" klubunun və Belçika millisinin futbolçusu Kevin De Bröyne Çempionlar Liqasının "Çelsi" ilə final oyununda aldığı zədədən danışıb.

30 yaşlı yarımmüdafiəçi xəstəxanada ona burun sümüyündə sınıq və sol gözü ətrafındakı sümüyün qırılması diaqnozunun qoyulduğunu bildirib. De Bröyne "Çelsi"yə 0:1 hesabı ilə uduzduqları oyundan da məyusluğunu gizlətməyib.

Qeyd edək ki, Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda keçirilmiş görüşdə yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub. Kevin De Bröyne 60-cı dəqiqədə zədələnərək, əvəzlənib.
 
///Report
OXŞAR XƏBƏRLƏR