21:52 şənbə, 18 Avqust 2018
İDMAN

"Mançester Siti"nin müdafiəçisi "Ştutqart"a keçir

17:36, 14.05.20186528
"Mançester Siti"nin müdafiəçisi Pablo Maffeo karyerasını Almaniyada davam etdirəcək.

20 yaşlı futbolçu "Ştutqart"la müqavilə imzalayıb. Transferin 9 milyon avroya başa gəldiyi deyilir.

İspan müdafiəçi "şəhərlilər"in heyətində meydana çıxmayıb. O, son iki mövsümü "Jirona"da icarə əsasında oynayıb. Maffeo "Barselona"nın yetirməsidir, bir müddət "Espanyol"un əvəzedici komandasında oynayıb.

"Ştutqart" geridə qalan mövsümdə Bundesliqada 7-ci yeri tutub.
 
///goal.az
XƏBƏR LENTİ