Mariya Şarapova ABŞ-dəki evini satışa çıxarıb

Mariya Şarapova ABŞ-dəki evini satışa çıxarıb
İDMAN
19:07 17.07.2025
282
Rusiyalı keçmiş tennisçi Mariya Şarapova ABŞ-nin Manhetten çimərliyindəki evini 24,995 milyon dollara satışa çıxarıb.
 
38 yaşlı idmançı Kaliforniyadakı mülkünü Avropada daha çox vaxt keçirməyi planlaşdırdığı üçün satmaq qərarına gəlib.

Okean mənzərəsinə malik, lakin tennis kortu olmayan ev Los-Ancelesin mərkəzindən təxminən 32 km cənub-qərbdə yerləşir. Gizliliyi təmin etmək üçün malikanə yapon üslubunda abadlaşdırılıb və divarları bitkilərlə örtülüb.

Qeyd edək ki, M.Şarapova "Böyük Dəbilqə" yarışlarının beşqat qalibidir.
 
///report
OXŞAR XƏBƏRLƏR