Mariya Stadnik yarımfinalda

Mariya Stadnik yarımfinalda
İDMAN
14:42 27.06.2019
3236
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda  Evin Demirhanla (Türkiyə) qarşılaşacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşəcək.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR