Marketdən bir dilim pendir oğurlayan yaşlı qadının ürəyi dayandı

MARAQLI
15:47 31.03.2011
2100

Məlum olub ki, 70 yaşlıtəqaüdçü qadının adı Nina Martınovadır.

İki təhlükəsizlik işçisi Martınovadan oğurladığı məhsulları masanın üzərinə qoymasını tələb edib. Qadın pendirləri çıxararkən əlləri titrəməyə və həddindən artıq həyəcanlanmağa başlayıb. Yaşlı qadın bir neçə saniyə ərzində yıxılaraq can verib. Hadisə yerinə gələn həkimlər qadının ürəyinin dayanaraq öldüyünü deyiblər.

Pendir oğurluğu ilə həyatını itirən qadının tək yaşadığı, ərinin illər əvvəl öldüyü, uşaqlarının isə olmadığı bildirilir.

Mətbuatda gedən xəbərlərə görə, yaşlı qadın təqaüdünü çatdırmadığı üçün pendir oğurlamağa təşəbbüs göstərib.

OXŞAR XƏBƏRLƏR