Mars Qız bürcünə keçdi - Astroloji PROQNOZ

Mars Qız bürcünə keçdi - Astroloji PROQNOZ
MARAQLI
13:51 18.06.2025
245
17 iyun tarixində Mars Qız bürcünə keçib və 6 avqusta qədər burada qalacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə azərbaycanlı astroloq Rəşad Hacıyev öz sosial media hesabında paylaşım edib.
 
O, öz paylaşımında bildirib:
 
" Bu keçid bizə daha çox iş, nizam və məsuliyyət enerjisi gətirir. Bu müddət ərzində diqqətimizi iş həyatımıza, hədəflərimizə və planlarımıza yönəldəcəyik. Hər şeyi daha detallı şəkildə analiz edəcək, kiçik nüanslara belə fikir verəcək, daha analitik və səliqəli bir şəkildə irəliləmək istəyəcəyik. Kariyera məsələləri daha önəmli mövqeyə gələcək, iş həyatında nizam-intizam, məhsuldarlıq və zəhmətlə irəliləmək ön planda olacaq. Məsuliyyətlərimizi daha ciddi şəkildə sahiblənəcək və əzmlə çalışaraq nəticə əldə etməyə fokuslanacağıq. Bu dövr, sağlamlıq baxımından da bəzi mövzuları gündəmə gətirə bilər; Xüsusilə bağırsaq sistemi, həzm və stresslə bağlı narahatlıqlar arta bilər. Hər şeyə çox diqqət etdiyimiz üçün bir az panika halı, stress və narahatlıq hisləri də yaşana bilər. Ancaq Marsın verdiyi motivasiya ilə bu hallar bizi durdurmaq əvəzinə daha da hərəkətə keçirəcək. 
 
Bu keçidin təsirləri Qız, Balıqlar, Əkizlər və Oxatan bürclərində bir qədər daha sərt şəkildə hiss oluna bilər - Bu bürclər daha çox mübarizə aparmalı olacaq, həm də əzmlərini ortaya qoyaraq nəticə əldə edəcəklər. Buğa və Oğlaq bürcləri üçün isə bu dövr daha uğurlu, məhsuldar və irəliləyişlərlə dolu keçə bilər.
 
Əqrəb və Xərçəng bürcləri isə daha dəstəkləyici və şanslı enerjilərlə qarşılaşacaq, onları motivasiya edən fürsətlər gündəmə gələ bilər".
 
Oksana
OXŞAR XƏBƏRLƏR