Mars sabahkı planetlərin “parad”ında olmayacaq

Mars sabahkı planetlərin “parad”ında olmayacaq
MARAQLI
18:35 27.02.2026
463
Fevralın 28-də astronomik hadisə olan "Planetlər paradı” baş verəcək. 

AZXEBER.COM xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Bildirilib ki, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.

Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Paradı izləmək üçün uyğun zaman intervalı 18:30–19:37 aralığıdır.

Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur. Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün "Sky Map” , "Stellarium”  və ya "Sky Tonight”  kimi tətbiqlərdən istifadə etmək olar.
OXŞAR XƏBƏRLƏR