Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR

Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
İQTİSADİYYAT
11:26 21.10.2025
102
20 oktyabr tarixində Marsol Group-un Avropa səfəri çərçivəsində İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov ilə işgüzar görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə İsveçrədə fəaliyyət göstərən işgüzar dairələrlə əlaqələrin inkişafı, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Marsol Group-un beynəlxalq tərəfdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Səfir Fuad İsgəndərov Azərbaycan şirkətlərinin Avropa bazarlarında fəaliyyət imkanları, həmçinin İsveçrə və Lixtenşteyn ilə biznes əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tövsiyələrini bölüşüb.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxışında İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər və Azərbaycan–İsveçrə biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə məlumat verib.

Görüşdə iştirak edən sahibkarlar da öz fəaliyyət istiqamətləri haqqında məlumat təqdim edərək, İsveçrədə biznes imkanları və birgə layihələr barədə müzakirələr aparıblar.

Tərəflər görüşün qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar. Sonda Marsol Group adından səfir Fuad İsgəndərova xatirə hədiyyəsi təqdim olunub.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR