"Neftçi”nin prezidenti Sadıq Sadıqov Araz Abdullayevi zaminə götürüb və Araz sərbəst buraxılıb" Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
"Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yerə qaçası deyil. Sadiq müəllimin zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizik. Ancaq onu deyə bilərəm ki, vəfat edən və yaralanan şəxsin ailəsinə həm Araz, həm də klubumuz hər cür dəstək verir. ” – deyə, o bildirib.
Qeyd edək ki, "Neftçi” klubunun şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.