Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli hadisə

Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli hadisə
SOSİAL
22:22 07.07.2026
396
İyulun 4-də Qaradağ rayonunda ölümlə nəticələnən hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.

Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Hadisə şahidlərinin və ölən şəxsin yaxınlarının sözlərinə görə, Asif Nağıyev və Azər Şahmuradov arasında ədavət bir müddət imiş davam edirmiş.
Onlar arasında qısqanclıq zəminində münaqişənin olduğu iddia edilir.

Hadisənin necə baş verməsinə dair anbaan görüntülər mövcud olsa da, həssaslığı nəzərə alaraq həmin kadrları nümayiş etdirmirik.
OXŞAR XƏBƏRLƏR