'Maska altında gizlənən insanlar bunu hiss edəcəklər' - Nisə Qasımova

MAQAZİN
11:52 07.06.2013
2619

Xalq artisti Nisə Qasımova bu il verəcəyi konsert haqqında danışıb.

Sənətçi AZXEBER.COM-a eksklüziv açıqlamasında bildirib ki, konserti “Maska” adlandırmaq fikrindədir: “İstəyirəm ki, konserti “Maska” adlandırım və hər kəs düşünsün ki, görəsən bu, “maska” özünə deyir, yoxsa başqası haqqında danışır. Yaxud da maska sözü sadəcə üz maskası kimi başa düşülə bilər. Konsertdə bu adda mahnı da ifa etməyi planlaşdırıram və etiraf edim ki, bu mahnı ünvanlıdır. Həmin insanlar maska altında gizləndikləri üçün özlərinə ünvanlandıqlarını da hiss edəcəklər”. Repertuar seçimindən də danışan müğənni konsertdə dünənlə indinin sintezini yaradacağını deyib: “Neçə gündür demək olar ki, evə səhər saatlarında gedirəm. Köhnə mahnıları aranjiman edirik və çalışacağam ki, bu mahnılarla insanların duyğularına, hisslərinə toxuna bilim”

Çinarə

OXŞAR XƏBƏRLƏR